Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib

Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib Rəsmi Ankarada və Vaşinqton arasında həll edilməyən problem yoxdur və dialoqdan fəal istifadə etmək lazımdır.
Region
333
14 İyun , 2021 23:29
Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib
Rəcəb Tayyib Ərdoğan və Co Bayden

Rəsmi Ankara ilə Vaşinqton arasında həll edilməyən problem yoxdur və dialoqdan fəal istifadə etmək lazımdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Biz konstruktiv və ətraflı danışıqlar apardıq. Dialoq üçün kanallardan fəal istifadə edilməsini razılaşdırdıq. Düşünürəm ki, ABŞ-la həll edilməyən problemimiz yoxdur", - Türkiyə lideri deyib.

Ərdoğan əlavə edib ki, Bayden tərəfindən də Türkiyə tərəfindən olduğu kimi ikitərəfli münasibətləri qarşılıqlı əsaslarda qətiyyətlə inkişaf etdirmək mövqeyini görüb.

Bundan başqa, Ərdoğan amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib. "O, (Bayden-red) dedi ki, dəvəti öz proqramı çərçivəsində qiymətləndirəcək", - Türkiyə rəhbəri əlavə edib.

Türkiyə prezidenti bildirib ki, NATO-nun əhəmiyyəti və məsuliyyəti artıb, alyans üzvləri onu gücləndirməlidir.

"NATO-nun əhəmiyyəti və məsuliyyəti qlobal təhlükəsizlik çağırışları fonunda artıb. Bu gün (NATO-nun Brüsseldəki sammitində-red) alyansın strategiyasının müasir şəraitə uyğun olaraq yenilənməsi prosesinə başlayan qərarlar qəbul etdik", - dövlət başçısı deyib.

“Dağlıq Qarabağda ədalət 30 illik yubanma ilə belə, yarandı və bölgədə ümidlər yenidən cücərdi. Yeni dönəmin qapıları açıldı. İttifaqdakı müttəfiqlərimizin ölkəmizin hüdudlarından kənarda təhlükəsizliyinə töhfə verən əməliyyatlara güclü dəstəyi seçimdən daha çox öhdəlikdir”, - Türkiyə rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi