Ərdoğan: Aİ-dən viza sərbəstliyi ilə bağlı addımların atılacağına ümid edirik

Ərdoğan: Aİ-dən viza sərbəstliyi ilə bağlı addımların atılacağına ümid edirik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Region
17 Dekabr , 2024 15:18
Ərdoğan: Aİ-dən viza sərbəstliyi ilə bağlı addımların atılacağına ümid edirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukraynadakı vəziyyəti müzakirə ediblər.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

Ərdoğan bildirib ki, AK sədri ilə Ukraynada ədalətli və davamlı sülhü təmin etmə yolları ətrafında fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan Türkiyə ilə Aİ arasında viza sərbəstliyi təmin olunana qədər qarşı tərəfdən bu prosesi sürətləndirəcək addımların atılacağına ümid etdiyini vurğulayıb:

“İki gün sonra baş tutacaq birlik zirvəsində münasibətlərdəki bütün məhdudiyyətləri aradan qaldıracağımıza, təxirə salınan yüksək səviyyəli dialoqları bərpa edəcəyimizə və viza sərbəstliyi təmin edilənə qədər bu prosesi sürətləndirəcək qərarların alınacağına ümid bəsləyirəm.

Ən qısa müddətdə Türkiyə-Avropa İttifaqı zirvəsini keçirməklə münasibətlərimizi olmalı olduğu səviyyəyə qaldırmağa ümid edirəm”.

Son xəbərlər

Orphus sistemi