ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər

ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər İranın xarici işlər naziri Abbas Ərakçi İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putin təqdim etmək məqsədi ilə Moskvaya səfər edib.
Region
17 aprel 2025 11:48
ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər
Abbas Ərakçi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya səfər edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə o, Moskvaya səfərinin məqsədindən danışarkən deyib.

Bildirilib ki, A.Əraqçinin Rusiyaya səfəri zamanı ABŞ-İran arasında Omandakı aprelin 12-də birinci və aprelin 19-da keçiriləcək ikinci görüşlə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir.

“Tasnim” xəbər agentliyinin məlumatına görə, ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-İran görüşünə həsr olunan mətbuat konfransında danışıqların predmeti haqda bunları deyib: “Gündəlikdə sanksiyaların ləğvi və nüvə problemi var. Biz başqa məsələləri müzakirə etməyəcəyik”.

O, ikinci raund danışıqların İtaliyanın paytaxtı Romada keçiriləcəyini qeyd edərək bildirib ki, görüşün keçirilmə yerindən asılı olmayaraq, vasitəçi kimi çıxış edən ölkə Omandır:

“Biz danışıqların yeri və vaxtı ilə bağlı vaxt sərf etməməliyik. Görüşün yerini iki-üç dəfə dəyişdirmək barədə razılaşmışdıq. Ona görə də bu məsələnin əhəmiyyəti yoxdur”.

Son xəbərlər

Orphus sistemi