“Hazırda Rusiya rəhbərliyində iki yanaşmanın rəqabəti var. Birincisi, Rusiya tərəfi Ermənistanla ənənəvi müttəfiqlik münasibətlərinə sabiq qalmağın və bu ölkənin NATO ilə tərəfdaşlığına mane olmağın gərəkliliyini başa düşür. İkincisi, Ermənistan artıq çoxdan NATO-nun tərəfdaşıdır. Ölkə çoxdan Qərbə üz tutub və Paşinyanın təkrar seçilməsindən sonra bununla mübarizə aparmaq mənasızdır”.
Bu fikirləri “Report”un Rusiya bürosuna Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsi beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan iri addımlarla KTMT-dən əks istiqamətə hərəkət edir: “Paşinyan hakimiyyətdə qalmaq üçün revanş şüarlarına üz tutub. O, öz seçicilərinə göstərməlidir ki, guya revanşa hazırlaşır. Amma Ermənistanda başa düşürlər ki, yeni silahlı münaqişənin baş verməsi ehtimalı azdır. İndi Paşinyana vaxtı uzatmaq lazımdır. O, öz elektoratını əldə saxlamağa çalışır, bu səbəbdən ona daim kiçik toqquşmalar taktikasını nümayiş etdirmək lazımdır”.