Dövlət Duması rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib

Dövlət Duması rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib Bəyanatın lehinə 428 deputat səs verib, bir nəfər bitərəf qalıb
Region
21 Dekabr , 2016 14:29
Dövlət Duması rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasının deputatları ölkə xaricində olan rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib və bütün ölkələrin parlamentlərini terrorla səmərəli mübarizə aparmaq üçün birləşməyə çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bəyanat Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar qəbul edilib.

Bəyanatda deyilir ki, bu dəhşətli təxribatı törədənlər - həm icraçılar, həm də rusofobiya, millətlərarası, dinlərarası və məzhəblərarası düşmənçilik, ekstremizm və fanatizm duyğularını alovlandıraraq terrorçunun əlini idarə edənlər layiqli cəzalarını almalıdır.

Qeyd edək ki, bəyanatın lehinə 428 deputat səs verib, 1 nəfər bitərəf qalıb.

Son xəbərlər

Orphus sistemi