Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Moskvada və Uzaq Şərqdə görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov aprelin 11-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və ikitərəfli əlaqələrə dair məsələləri müzakirə edəcəklər: “Görüşün sonunda hər hansı sənədin imzalanması planlaşdırılmır”.
D.Peskov əlavə edib ki, Rusiya və Belarus prezidentləri Şərq kosmodromuna baş çəkəcək və onun gələcək inkişafını müzakirə edəcəklər. Mətbuat katibinin sözlərnə görə, görüş iki hissədən ibarət olacaq. V.Putinlə A.Lukaşenko günün birinci yarısında Mokvada görüşəcək. Müzakirələrin ikinic yarısı isə Blaqoveşşenskdə keçiriləcək.
Qeyd edək ki, Kremlin sözçüsü bir müddət əvvəl bildirmişdi ki, Rusiya və Belarus prezidentləri aprelin 12-də kosmonavtika günü Amur vilayətindəki Şərq kosmodramuna baş çəkəcəklər.