Diyarbəkirdə terrorçularla atışmada şəhid olanların sayı artıb - YENİLƏNİB

Diyarbəkirdə terrorçularla atışmada şəhid olanların sayı artıb - YENİLƏNİB Bakı. 14 mart. REPORT.AZ/ Türkiyədə terrorçularla atışmada şəhid olanların sayı artıb.
Region
137
14 Mart , 2018 00:02
Diyarbəkirdə terrorçularla atışmada şəhid olanların sayı artıb - YENİLƏNİB

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyədə terrorçularla atışmada şəhid olanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, atışmada yaralanmış hərbçilərdən biri xəstəxanada dünyasını dəyişib.  

Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 2 hərbçinin şəhid olduğu, 5-inin yaralandığı bildirilirdi. Hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib. 


***17:40

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib. 

Bölgədə keçirilən antiterror əməliyyatı zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.

Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi