Erməni deputatın otelində əxlaqsızlıq yuvası aşkarlanıb

Region
  • 17 fevral, 2015
  • 11:28
Erməni deputatın otelində əxlaqsızlıq yuvası aşkarlanıb

Bakı.17 fevral. REPORT.AZ/ "Çiçəklənən Ermənistan" Partiyasının rayon təşkilatlarından birinin ofisində polis tərəfindən yoxlama keçirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, yoxlama nəticəsində ofis rəhbəri Artur Mamoyan həbs edilib.

O, qanunsuz silah saxlamaqda şübhəli bilinir.

Bundan başqa, fevralın 17-də gecə saatlarında həmin partiyadan deputat olan Ruben Gevorkyana məxsus otel kompleksində keçirilən yoxlama zamanı polis bir neçə qadını əxlaqsızlıqda şübhəli bilərək saxlayıb.

Xatırladaq ki, "Çiçəklənən Ermənistan" Partiyası hakimiyyətə müxalif sayılır.

44 - Tezliklə