Dağıstanın sabiq baş naziri Maqomed Abdulayev ölüb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, keçmiş hökumət başçısını avtomobil vurub.
Bildirilib ki, insident yanvarın 5-də respublikanın paytaxtı Mahaçqalada baş verib. Belə ki, regionun Daxili İşlər Nazirliyinin
Qeyd edək ki, Maqomed Abdulayev respublikanın başçısı Maqomedsalam Maqomedovun (2010-2013, hazırda Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini) və Prezident Dmitri Medvedevin (hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini) dövründə Dağıstan hökumətinin sədri işləyib.
Abdulayev Dağıstan Respublikası hökumətindən ayrıldıqdan sonra Dağıstan Pedaqoji Dövlət Universitetinə rəhbərlik edib.
Abdulayevi Dmitri Medvedevin universitetdə oxuduğu vaxtdan dostu adlandırırdılar.