“Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb

“Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da həlak olan uşaqların sayı 6-ya çatıb.
Region
3 Aprel , 2024 12:28
 “Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Müşaviri Mariya Lvova-Belova deyib.

Əlavə edib ki, terror aktı nəticəsində 8 uşaq yetim qalıb. Ombudsmanın sözlərinə görə, yaxınları həmin uşaqlara qəyyumluq edirlər.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.

Son xəbərlər

Orphus sistemi