Çində İpək Yolu irsinə həsr olunmuş Gənclər Forumu başlayıb

Çində İpək Yolu irsinə həsr olunmuş Gənclər Forumu başlayıb Forumda əfsanəvi ticarət marşrutunun keçdiyi ölkələrin gəncləri iştirak edir
Region
18 Aprel , 2017 10:36
Çində İpək Yolu irsinə həsr olunmuş Gənclər Forumu başlayıb

Bakı. 18 aprel. REPORT.AZ/ Çində Böyük İpək Yolu irsinə həsr olunmuş Beynəlxalq Gənclər Forumu başlayıb.

"Report"un BMT-nin xəbərlər mərkəzinə istinadən verdiyi məlumata görə, tədbir YUNESKO və Çinin YUNESKO işləri üzrə Milli Komissiyası tərəfindən təşkil edilib.

Forumda əfsanəvi ticarət marşrutunun keçdiyi ölkələrin gəncləri, o cümlədən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan və Gürcüstandan olan gənclər iştirak edir.

Çanşa və Quançjou şəhərlərində həftə boyunca İpək Yolu mədəni irsin qorunması və mühafizəsində gənclərin rolu məsələsi müzakirə ediləcək. Forum çərçivəsində həmçinin bu sahədə xüsusi təlim proqramları yaradılacaq və stipendiyalar müəyyənləşdiriləcək.

Qeyd edək ki, İpək Yolunun obyektləri YUNESKO-nun Dünya İrs siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi