Burhanettin Duran: FETÖ-nün strukturları tam zərərsizləşdirilənə kimi mübarizə davam edəcək

Region
  • 16 iyul, 2025
  • 11:08
Burhanettin Duran: FETÖ-nün strukturları tam zərərsizləşdirilənə kimi mübarizə davam edəcək
Burhanettin Duran

FETÖ-nün strukturları tamamilə zərərsizləşdirilənə kimi Türkiyənin mübarizəsi davam edəcək.

“Report”un Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” mövzulu paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, 15 iyul Türkiyə tarixinə qızıl hərflərlə yazılan istiqlal zəfəridir:

“15 iyul dirənişi köklü transformasiyanın miladı olub. Bir millət düşmənə qarşı dayandı və bu, cəmiyyətlərdə çox sıx müşahidə edilən bir hal deyildi. Millətimiz yalın əlləri ilə FETÖ-nü darmadağın etdi. İnsanımız zərrə tərəddüd etmədən körpüyə tərəf yeridi. Müstəqillik sevdamız görülməyə dəyərdi. 253 şəhidimizə Allahdan rəhmət, 2500 nəfərdən çox qazimizə şəfa diləyirəm”.

B.Duran vurğulayıb ki, terrorsuz Türkiyə millətin gələcəyidir: "Terrorsuz Türkiyə təxminən 50 il ölkəmizi istismar etməyə çalışan şəbəkənin sonu deməkdir”.

Son xəbərlər

Bütün Xəbər Lenti