Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb Böyük Britaniyanın İrana yeni sanksiyaları ilə bağlı krallığın Tehrandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Region
20 Noyabr , 2024 11:13
 Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Böyük Britaniyanın İrana yeni sanksiyaları ilə bağlı krallığın Tehrandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.

Məlumata görə, Böyük Britaniya İran şirkətlərinə sanksiya tətbiq edib. Bildirilib ki, nazirlik Britaniya hökumətinin bu addımını “qanunsuz və əsassız” adlandırıb.

İran XİN-in Qərbi Avropa üzrə baş direktorun köməkçisi Abbas Naderi məhdudiyyətləri dəniz ticarəti və gəmilərin sərbəst hərəkəti prinsipinin, beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Köməkçi İranın Rusiyaya Ukraynada atmaq üçün ballistik raket göndərməsini də təkzib edib.

Sanksiyalar Böyük Britaniya hökuməti tərəfindən noyabrın 18-də İslam Respublikası Aviasiya Şirkətinin (“Iran Air”) və İran Gəmi Xətləri (IRISL) dövlət müəssisələrinin Rusiyaya ballistik raketlərin transferində iştirak etdikləri üçün tətbiq olunub.

Krallıq “İran Air” və IRISL-nin RF ilə əlaqədar olaraq Ukrayna əleyhinə müharibədə silah tədarükündəki roluna görə aktivlərinin dondurulacağını da açıqlayıb.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi İranın qlobal təhlükəsizliyi pozmaq cəhdlərini “təhlükəli və qəbulolunmaz” adlandırıb. O, İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə dəstəyini dayandırmağa çağırıb.

Məlumata görə, krallıq Rusiya üçün hərbi təminatları daşıyan “PORT OLYA-3” adlı yük gəmisinə də sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi