Beyrutdakı partlayış nəticəsində ölən ermənilərin sayı artdı

Beyrutdakı partlayış nəticəsində ölən ermənilərin sayı artdı Livanın paytaxtı Beyrutdakı limanda baş verən güclü partlayış nəticəsində 3 erməni ölüb, 100 nəfər isə yaralanıb
Region
5 Avqust , 2020 11:20
Beyrutdakı partlayış nəticəsində ölən ermənilərin sayı artdı

Livanın paytaxtı Beyrutda baş verən partlayışda daha 2 erməninin öldüyü məlum olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Arevelk” nəşri yayıb.

Beləliklə, paytaxt limanındakı partlayış nəticəsində ölən ermənilərin sayı 5-ə çatıb.

10:51

Livanın paytaxtı Beyrutdakı limanda baş verən güclü partlayış nəticəsində 3 erməni ölüb, 100-ü isə yaralanıb.

“Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” səhifəsində bildirib.

“Bu rəqəmlər arta bilər, çünki xeyli sayda itkin düşmüş insanlar var”, - o vurğulayıb.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi