Belarus tarixində ilk vahid səsvermə günü başlayıb

Belarus tarixində ilk vahid səsvermə günü başlayıb Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb.
Region
25 Fevral , 2024 10:40
Belarus tarixində ilk vahid səsvermə günü başlayıb

Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb.

“Report” xəbər verir ki, vahid səsvermə günü 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun olaraq keçirilir.

Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası keçirilib. İndi parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcək.

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 110 yeri uğrunda 263 namizəd mübarizə aparır. Yerli şuraların 12 514 yeri uğrunda 18 802 namizəd mübarizə aparacaq.

Belarusda 6,9 milyondan çox insanın səsvermə hüququ var. Dairələr saat 20:00-a (Bakı vaxtı ilə 21:00) qədər açıq olacaq. Xaricdə seçkilərin keçirilməsi nəzərdə tutulmur.

Son xəbərlər

Orphus sistemi