​Bəhreyn İran diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verib

​Bəhreyn İran diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verib Məhəmməd Rıza Babayini "arzuolunmaz şəxs" elan edilib
Region
2 Oktyabr , 2015 04:48
​Bəhreyn İran diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi ölkənin Tehrandakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bahrain News Agency" məlumat yayıb.

Məlumata görə, İran İslam Respublikasının müvəqqəti işlər vəkili "arzuolunmaz şəxs" elan edilib.

"Krallıq Bəhreynin İrandakı səfiri Səəd əd-Dausarini geri çağırmaq və İslam Respublikasının Krallıqdakı müvəqqəti işlər vəkili Məhəmməd Rıza Babayini "arzuolunmaz şəxs" elan etmək qərarına gəlib. Ona ölkəni tərk etmək üçün 72 saat vaxt verilir", - deyə agentliyin xəbərində bildirilir.

Məlumata görə, Bəhreyn XİN-i bu qərarı "İranın fasiləsiz olaraq Krallığın daxili işlərinə qarışması" səbəbindən qəbul edib.

"İran Bəhreynin işlərinə qarışmaqda davam edir, dinlərarası ədavət yaratmağa çalışır, onun liderləri isə Bəhreynə qarşı aqressiv bəyanatlar səsləndirirlər", - deyə hökumətin bəyanatında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi