Baş geoloq: “Soledarın duz mədənlərindəki tunellər Baxmuta aparmır”

Baş geoloq: “Soledarın duz mədənlərindəki tunellər Baxmuta aparmır” Ukraynanın Donetsk vilayətinin Soledar şəhərindəki duz mədənlərində tunellər 150-300 metr dərinliyə çatır, ancaq yaxınlıqdakı Baxmuta aparmır.
Region
14 Yanvar , 2023 00:42
Baş geoloq: “Soledarın duz mədənlərindəki tunellər Baxmuta aparmır”

Ukraynanın Donetsk vilayətinin Soledar şəhərindəki duz mədənlərində tunellər 150-300 metr dərinliyə çatır, ancaq yaxınlıqdakı Baxmuta aparmır.

“Report” xəbər verir ki, bunu şəhərin əsas və strateji müəssisəsi olan “Artyomsol”un baş geoloqu Viktoriya Skripnik “The Wall Street Journal”a bildirib.

“Mədənlər üzərindən Baxmuta keçid yoxdur”, - geoloq vurğulayıb.

V. Skripnik şaxtalardakı tunellərin hərbi məqsədlər üçün istifadə oluna biləcəyinə şübhə edib, çünki texnika elevatorlara (qaldırıcı mexanizm) sığmaz. O qeyd edib ki, eniş zamanı duz hasilatı avadanlığı hissələrə ayrılıb, sonra isə orada yenidən yığılıb.

Qəzet qeyd edib ki, Soledardakı duz mədəni Avropanın ən böyüklərindən biridir. 2021-ci ildə ölkədə bütün duz istehsalının 95%-ni təşkil edib. “Artyomsol”dan bildiriblər ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından sonra aprel ayında baş verən mədənin ilk bağlanması Ukraynada duzun qiymətinin 5 dəfə artmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi