BAEA Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək

BAEA Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək Oktyabrın 31-dən noyabrın 7-dək Astanada Qazaxıstanın nüvə infrastrukturunun kompleks icmalı üzrə missiya baş tutacaq
Region
31 Oktyabr , 2016 11:45
BAEA Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Bakıtjan Caksaliyev məlumat verib.

Belə ki, oktyabrın 31-dən noyabrın 7-dək Astanada BAEA-nın nümayəndələri və ekspertlərinin iştirakı ilə Qazaxıstanın nüvə infrastrukturunun kompleks icmalı üzrə missiya baş tutacaq.

B.Caksaliyev atom-energetika inkişaf proqramları və reallaşdırılan nüvə infrastrukturu proqramları, o cümlədən sənayedə nüvə texnologiyasından istifadə üzrə Qazaxıstana obyektiv qiymət veriləcəyini ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi