Bakı. 13 avqust. REPORT.AZ/ "Mənə vəkil lazım deyil. Özümü günahkar bilmirəm və məhkəmədə susacam".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu 2010-cu ilin yanvarın 10-da Ermənistan-Azərbaycan sərhədini pozaraq, könüllü şəkildə Azərbaycan tərəfə keçmiş 52 yaşlı Ermənistan vətəndaşı Yegişe Gevorkyan məhkəmədə bildirib.
Gevorkyanlar Ermənistan Respublikası Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsinə (uyğun sənəd və icazə olmadan Ermənistan sərhədlərini keçmək) əsasən ittiham olunurlar.
Maddə maksimum 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İş üzrə Yegişe və həyat yoldaşı Ruzanna Gevorkyanlar cütlüyü təqsirləndirilirlər.
Qeyd edək ki, bir ailənin üzvü olan Ermənistan vətəndaşları Yegişe və həyat yoldaşı Ruzanna, övladları - Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin yanvar ayında könüllü şəkildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər. 2014-cü ilin dekabrında isə onlar Beynəlxalq