Avstriya ordusunun keçmiş zabitinin İranda əməkdaşlığa cəlb olunduğu müəyyənləşib

Avstriya ordusunun keçmiş zabitinin İranda əməkdaşlığa cəlb olunduğu müəyyənləşib Bakı. 9 noyabr. REPORT.AZ/ Rusiyaya casusluqda təqsirləndirilən Avstriya ordusunun keçmiş polkovniki hələ 1988-ci ildə İranda SSRİ kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub.
Region
9 Noyabr , 2018 17:00
Avstriya ordusunun keçmiş zabitinin İranda əməkdaşlığa cəlb olunduğu müəyyənləşib
РИА "Новости"

Bakı. 9 noyabr. REPORT.AZ/ Rusiyaya casusluqda təqsirləndirilən Avstriya ordusunun keçmiş polkovniki hələ 1988-ci ildə İranda SSRİ kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub.

“Report” xəbər verir ki, sovet kəşfiyyatçıları ona məlumat ötürmək üçün müvafiq cihazlar veriblərmiş. Bunun adi radio cihazı olduğu ehtimal edilir. Eyni zamanda Avstriya əks-kəşfiyyatının sabiq polkovnikinin gizli fəaliyyətini almaniyalı həmkarlarından öyrəndiyi də qeyd olunub.

Bu arada Rusiya Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı Avstriya səfirinin bu gün dəvət ediləcəyi bildirilib.

Xatırladaq ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb. Hətta xəfiyyə qalmaqalına görə Avstriya xaric işlər naziri Karin Kneisl Rusiyaya səfərini təxirə salıb.

Son xəbərlər

Orphus sistemi