Avropa İnvestisiya Bankı Cənubi Qafqazda ofis açıb
Region
- 01 may, 2015
- 05:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 may. REPORT.AZ/ Avropa İnvestisiya Bankı Cənubi Qafqazda ofis açıb. "Report" xəbər verir ki, bu haqda bankın rəsmi saytında məlumat yerləşdirilib.
Ofis Gürcüstan paytaxtı Tbilisidə yerləşir. Açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və bank prezidentinin müavini Vilhelm Molterer iştirak edib. Xəbərdə bildirilib ki, ofis Azərbaycan, Gürcüstan və Ermənistandakı işlərə cavabdeh olacaq.
Xatırladaq ki, son 5 ildə Avropa İnvestisiya Bankı Cənubi Qafqazda fəaliyyətini gücləndirib. Maliyyə qurumu 2014-cü ildə Cənubi Qafqaza 726 milyon avro sərmayə qoyub. Bunun 493 milyonu Gürcüstanın, 217 milyonu Ermənistanın və 25 milyonu isə Azərbaycanın payına düşüb.
Son xəbərlər
10:16
"Bank Respublika" ADB-dən regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon dollar cəlb edib
Maliyyə
10:11
Foto
Azərbaycan və Türkiyə nağd pul dövriyyəsinin idarə olunmasını müzakirə edib
Maliyyə
10:10
DSMF: Sentyabrda sosial müavinət və təqaüd alanların sayı 885 min nəfəri ötüb
Maliyyə
10:03
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib
Biznes
10:01
Foto
Azərbaycan boksçuları U-15 Avropa çempionatını 10 medalla başa vurublar
Fərdi
10:00
Marian de Yonq: Niderland Azərbaycanla münasibətlərin inkişafı üçün növbəti addımı atmağa hazırdır - Müsahibə
Xarici siyasət
09:58
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:57
"Brent" markalı neft 2 %-dən çox ucuzlaşıb
Energetika
09:51
Foto
Azərbaycanlı jurnalist Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçilib
Media