Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nümayəndə heyətlərinin başçıları təşkilatın sammitinə hazırlıq (3-4 iyul), aktual beynəlxalq və regional mövzuları müzakirə edəcəklər.
Təşkilatın gələcək inkişaf perspektivlərinə və onun yeni dünya düzəninin formalaşmasına uyğunlaşmasına xüsusi diqqət yetiriləcək.
İclasda nazirlər ŞƏT-in yeni Baş katibi və ŞƏT-in Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru vəzifələrinə namizədlərə baxacaqlar. İştirakçılar dövlət başçılarının təsdiqi üçün müxtəlif sənədlər paketi hazırlayacaqlar.
Mayın 19-da helikopter qəzasında həlak olan İranin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın əvəzinə bu ölkəni xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri təmsil edir.