Ararat Mirzoyan: Ermənistan və Türkiyə sağlam dialoq qurublar

Ararat Mirzoyan: Ermənistan və Türkiyə sağlam dialoq qurublar Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır.
Region
3 İyul , 2024 14:54
Ararat Mirzoyan: Ermənistan və Türkiyə sağlam dialoq qurublar

Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkələr artıq sağlam dialoq qurublar: “İrəvanla Ankara arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb”.

A.Mirzoyan bildirib ki, Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atır.

Bu kontekstdə o, Bakı ilə sülh sazişinin imzalanması ilə bağlı İrəvanın mövqeyini təqdim edib. A.Mirzoyan qeyd edib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamağı real hesab edir.

Son xəbərlər

Orphus sistemi