Türkiyədə meşə yanğınının fəsadları artıb - YENİLƏNİB

Türkiyədə meşə yanğınının fəsadları artıb - YENİLƏNİB Türkiyənin Antalya vilayətində iri meşə yanğını qeydə alınıb.
Region
28 İyul , 2021 19:33
Türkiyədə meşə yanğınının fəsadları artıb - YENİLƏNİB
0 : 00
0 : 00

Türkiyənin Antalya şəhərində bu gün günorta başlayan meşə yanğınları nəticəsində 53 nəfər zərər çəkib.

“Report” “NTV”yə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli bildirib.

Əyalət səhiyyə müdiri Ünal Hülür 51 nəfərin xəstəxanalara yerləşdirildiyini, 47-sinin artıq evə buraxıldığını açıqlayıb.

Yanğınları söndürmək üçün indiyədək 2 təyyarə, 8 helikopter, 50 suvaran texnikası, 2 buldozer cəlb edildiyi, bir sıra ərazilərdən sakinlərin təxliyə olunduğu bildirilir.

18:46

Türkiyənin Antalya şəhərində meşə yanğını qeydə alınıb.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli TRT telekanalı məlumat verib.

Yanğına güclü isti səbəb olub. Güclü külək yanğının sürətlə yayılmasına şərait yaradıb. Antalya rəhbərliyi bunun indiyədək baş vermiş ən böyük yanğın olduğunu bildirib.

Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.

Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli hadisə yerinə yollanıb.

Son xəbərlər

Orphus sistemi