Antalya Diplomatiya Forumunun açılışı olub

Antalya Diplomatiya Forumunun açılışı olub Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumunun (ADF) açılış mərasimi keçirilib.
Region
11 Mart , 2022 15:48
Antalya Diplomatiya Forumunun açılışı olub

Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumunun (ADF) açılış mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimlər, nüfuzlu siyasətçilər, elm, fikir, iş adamları və media nümayəndələri iştirak edir.

Forumda Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev təmsil edir.

Forumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu nitq söyləyəcək.

Forumun çərçivəsində panellər və “dəyirmi masa”lar, habelə iştirakçılar arasında ikitərəfli görüşlər, əlavə tədbirlər və Gənclik Forumu keçiriləcək.

Qeyd edək ki, Forumu təxminən otuzdan çox ölkədən olan 350-yə yaxın media nümayəndəsi işıqlandırır.

Son xəbərlər

Orphus sistemi