"Rusiya qoşunlarının yerdəyişməsi İkinci Dünya Müharibəsindən sonra ən böyük hərəkətdir".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşdən əvvəl keçirdiyi brifinqdə bildirib. Görüş Almaniya, Fransa və Polşanın iştirakı ilə “Veymar üçbucağı” adlanan üçtərəfli format çərçivəsində keçirilib.
“Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca görünməmiş toplanışı, eləcə də fevralın 20-dək davam etməli olan təlimlərin keçirildiyi Belarusda cəmləşməsi ilə üz-üzəyik”, - Duda qeyd edib.
Dudanın sözlərinə görə, indi Qərb NATO və Avropa İttifaqının 1989-cu ildən indiyədək qarşılaşdığı çətin vəziyyətdən çıxış yolu axtarmalıdır.