Anar Kərimov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Anar Kərimov Gürcüstan parlamentinin sədri ilə görüşüb Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.
Region
7 İyul , 2021 18:31
Anar Kərimov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Anar Kərimov və Kaxa Kuçava

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.

K.Kuçava Gürcüstanın Azərbaycanla münasibətlərə və qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Spiker Gürcüstan parlamenti və Milli Məclis arasında fəal əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin olduğunu bildirib.

Tərəflər parlamentlərin mədəniyyət komitələri arasında və humanitar sahədə əməkdaşlıq, birgə mədəni tədbirlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi