Amerika bayrağı altında üzən yaxta ilə Türkiyədən qaçan FETÖ-çülər saxlanılıb

Region
  • 05 oktyabr, 2023
  • 00:48
Amerika bayrağı altında üzən yaxta ilə Türkiyədən qaçan FETÖ-çülər saxlanılıb

Muğlanın Marmaris rayonunda Amerika bayrağı altında üzən yaxta ilə Türkiyədən qaçmaq istəyən FETÖ-çülər saxlanılıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, 11-i FETÖ-çü olmaqla saxlanılan 14 nəfərin içərisində vəzifədən uzaqlaşdırılan polis rəisi, professor və mütəxəssis həkimlər də var.

Yunanıstana qaçmağa cəhd edən şəxslər sahil mühafizənin əməkdaşları tərəfindən limana gətirilərək polisə təhvil verilib.

44 filmi