Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb Almaniya Federativ Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yurqen Şolts ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Region
226
29 Aprel , 2022 21:47
Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya Federativ Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Yurqen Şolts ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, ona Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi xatırladılıb.

“Almaniya Xarici İşlər Nazirliyi bu gün Berlindəki səfirimizi Kavalanın işi ilə bağlı çağırdıqdan sonra Almaniyanın Ankaradakı səfiri Yurqen Şolts nazir müavini və AB işləri üzrə direktor Faruk Kaymakci tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyəli diplomatın Almaniya Xarici İşlər Nazirliyinə çağırılması pislənilib. Ona bildirilib ki, təqsirli şəxs barəsində müstəqil Türkiyə məhkəməsi tərəfindən çıxarılan hökmə heç bir qurum, orqan və ya ölkə etiraz edə bilməz. Səfirə Vyana Konvensiyasında təsbit olunmuş daxili işlərə qarışmamaq prinsipi də xatırladılıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar cinayət işi üzrə istintaqa cəlb olunan biznesmen Osman Kavala barəsində məhkəmə qərar verib. O, hökuməti devirməyə cəhd ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Son xəbərlər

Orphus sistemi