Ali Radanın deputatı: Bir neçə həftəyə müharibə bitə bilər

Ali Radanın deputatı: Bir neçə həftəyə müharibə bitə bilər Bizim üçün Donald Trampın Ukrayna ilə bağlı danışıqlardakı mövqeyi və niyyəti artıq tamamilə aydındır.
Region
10 aprel 2025 15:34
Ali Radanın deputatı: Bir neçə həftəyə müharibə bitə bilər
Yuri Kamelçuk

Bizim üçün Donald Trampın Ukrayna ilə bağlı danışıqlardakı mövqeyi və niyyəti artıq tamamilə aydındır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim "Xalqın xidmətçisi" partiyasından olan deputatı Yuri Kamelçuk bildirib.

"Tramp əvvəlcə belə demək mümkünsə Rusiya ilə razılığa gəlməyə çalışdı. Çünki geosiyasi kontekstdə Rusiyanın Çin, Şimali Koreya və İranla əlaqələrini nəzərə almamaq mümkün deyil. Tramp Rusiya vasitəsilə İranla razılığa gəlmək cəhdindən istifadə edərək Kremlə Ukrayna üzərindən belə bir şans verdi. Nəticə olmadıqda onun sonrakı hərəkətləri Rusiyaya qarşı ardıcıl mübarizə mövqeyini ortaya qoyur. Məsələn, sanksiyaları artırır. Tarif müharibəsinin başlanğıcını görürük ki, bu qərar artıq bazarlarda çaxnaşma yaradıb. Eləcə də, Rusiya neftinin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb.

Nəzərinizə çatdırım ki, Sovet İttifaqında neftin qiymətinin düşməsi bir vaxtlar köhnə sovet imperiya sisteminin dağılmasının əsas səbəbi idi. Donald Tramp Rusiya üçün son tarix təyin edib. Və ümid edirəm ki, bu, bir neçə həftədən çox çəkməz. Biz Trampdan daha qətiyyətli hərəkətlər görəcəyik", - deputat əlavə edib.

Orphus sistemi