Ali Radanın deputatı: Azərbaycan bu gün bir çox beynəlxalq proseslərin lideridir

Ali Radanın deputatı: Azərbaycan bu gün bir çox beynəlxalq proseslərin lideridir Ali Radanın deputatı: Azərbaycan bu gün bir çox beynəlxalq proseslərin lideridir -  FOTOSESSİYA Azərbaycanın Ukraynadakı səfirliyində 28 may - Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü ilə bağlı qəbul keçirilib. "Report"un Şərqi Avropa
Region
29 May , 2024 10:05
Ali Radanın deputatı: Azərbaycan bu gün bir çox beynəlxalq proseslərin lideridir

Azərbaycanın Ukraynadakı səfirliyində 28 may - Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü ilə bağlı qəbul keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan qəbulda müxtəlif ölkələrin diplomatik missiyalarının nümayəndələri də iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev qonaqlara ölkəmizin müstəqillik tarixi, 2020-ci il Vətən müharibəsi, 2023-cü ilin sentyabr antiterror əməliyyatının nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan ilk dəfə olaraq tam suveren formada müstəqilliyinə qovuşub: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev uğurlu strategiya ilə idarə etdiyi Azərbaycan bu gün regionun ən qüdrətli dövlətidir”.

Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebiynis isə Ukrayna-Azərbaycan əlaqələrinin strateji formatından, Bakının Kiyevə verdiyi humanitar və siyasi dəstəyin önəmindən danışıb. Nazir müavini bildirib ki, ölkəsində gedən müharibə dövründə Azərbaycan humanist missiyasını ilk gündən göstərməyə başlayıb.

Tədbirdə iştirak edən Ali Radanın deputatı Andrey Kloçko "Report"a açıqlamasında bildirib ki, Azərbaycan, bu gün bir çox beynəlxalq proseslərin, eləcə də Ukrayna ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin lideri olaraq qalır: "Bu münasibətlər ildən-ilə güclənir. Biz görürük ki, bu gün ölkələrimiz nə qədər sıx ünsiyyət qurur, eyni zamanda o xoş ünsiyyət baryerinə qayıdır. Ölkələrimiz arasında ticarət əlaqələrimiz yenilənir”.

“Azərbaycanın Ukraynaya yardımı, çox faydalı, çox vaxtında idi. Qaçqınlarımızı qəbul edib sığınacaq verilməsinə görə Azərbaycan Prezidentinə və xalqına, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin göstərdiyi humanitar yardıma görə minnətdarıq. Azərbaycan dövləti, Ukraynada dağıdılmış və ya zədələnmiş məktəbləri, uşaq bağçalarını, infrastruktur obyektlərini bərpa edib. Bu, təqdirəlayiq haldır", - əlavə edib.

Qeyd edək ki, Azərbaycan Günü ilə bağlı qəbula Ukraynanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar da qatılıb. Tədbir zamanı hava hücumu xəbərdarlığı ilə bağlı həyəcan siqnalları verilsə də, qəbul məkanın kifayət qədər təhlükəsiz yerdə olması baxımından davam edib.

Son xəbərlər

Orphus sistemi