Aleksandr Lukaşenko: “Oğlum müxalif fikirlidir”

Aleksandr Lukaşenko: “Oğlum müxalif fikirlidir” Dmitri Qordonun sözlərinə görə, A.Lukaşenko öz oğlunu qətiyyən prezident görmək istəmir, çünki onun üçün sakit həyat arzulayır.
Region
6 Avqust , 2020 12:19
Aleksandr Lukaşenko: “Oğlum müxalif fikirlidir”
Aleksandr Lukaşenko

“Oğlum ümumiyyətlə hakimiyyətə qarşı müxalif fikirlidir”.

“Report” xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yeni geniş müsahibəsindən sitat gətirərkən deyib.

D.Qordonun sözlərinə görə, A.Lukaşenko öz oğlunu qətiyyən prezident görmək istəmir, çünki onun üçün sakit həyat arzulayır.

D.Qordon bildirib ki, məhz A.Lukaşenkonun oğlu Nikolay atasının müsahibə verməsini istəyib, çünki “Dmitri Qordonun qonaqlığında” verilişinin bütün bölümlərini izləyir.

Qeyd edək ki, ötən gün Belarusun paytaxtı Minskdə baş tutan müsahibə 2 saatdan çox davam edib. Müsahibə yaxın vaxtlarda jurnalistin “Youtube” kanalına yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi