Avropa Məhkəməsi keçmiş erməni hakimlərin şikayətini rədd edib

Avropa Məhkəməsi keçmiş erməni hakimlərin şikayətini rədd edib Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri Qrayr Tovmasyanın və məhkəmənin üç keçmiş hakiminin şikayətini qəbul etməyib.
Region
7 Dekabr , 2023 16:52
Avropa Məhkəməsi keçmiş erməni hakimlərin şikayətini rədd edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri Qrayr Tovmasyanın və məhkəmənin üç keçmiş hakiminin şikayətini qəbul etməyib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisindən məlumat verilib.

Məhkəmə hüquqşunasların şikayətini qəbuledilməz elan edib: "AİHM-in qərarı qətidir və ondan şikayət verilə bilməz".

Hüquqşunaslar 2020-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi üzrə hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət ediblər. Söhbət ədalətli məhkəmə istintaqı, mülkiyyət, şəxsi və ailə həyatına hörmət hüquqlarından, ayrı-seçkiliyə qadağadan gedirdi. İddiaçılar öz ölkələrində bu qərarla bağlı şikayət vermək imkanından məhrum olduqlarını və bu qərarın özbaşına olduğunu qeyd ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyununda Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin üç hakimini səlahiyyətlərindən məhrum edərək konstitusiyaya dəyişiklik edib. Daha sonra onlar AİHM-ə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi