Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında təhlükəsizlik təminatları haqqında saziş imzalanıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə birgə sənəd imzalayıb.
Bundan əlavə, Estoniya və Litva ilə təhlükəsizliklə bağlı sazişlər imzalanıb.
Bu gün səhər saatlarında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ sammitindən əvvəl bildirib ki, təhlükəsizlik sazişi Ukraynaya uzunmüddətli dəstəyi təmin edəcək: “Təhlükəsizlik sazişi, çox vacibdir. Çünki bu, bizim Ukraynanı dəstəkləmək niyyətində olduğumuzu bildirən mesajımızdır”.
Qeyd edək ki, Volodimir Zelenski Brüsseldə səfərdədir və burada ikitərəfli təhlükəsizliklə bağlı sazişlər imzalayacaq.