“Avropa İtttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalar nəticəsində indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinin 21,5 milyard dollar məbləğində aktivləri dondurulub”.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa komissarı Didye Reynders Brüsseldə Ukraynanın Baş prokuroru Andrey Kostinlə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı dondurulmuş vəsaitlərin Ukraynaya köçürülməsinin yollarını axtarır.
Xatırladaq ki, Aİ fevralın 15-də Ukraynanın yenidən qurulmasına dəstək vermək üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün işçi qrupunun yaradıldığını elan edib. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq xarici aktivləri dondurulub.