Aİ-nin ali nümayəndəsi: "Türkiyəyə yardım etməyə məcburuq"

Aİ-nin ali nümayəndəsi: "Türkiyəyə yardım etməyə məcburuq" "Aİ 4 milyondan çox qaçqına sığınacaq verdiyi üçün Türkiyəyə yardım etməyə məcburdur"
Region
19 Mart , 2021 11:42
Aİ-nin ali nümayəndəsi: Türkiyəyə yardım etməyə məcburuq
Cozef Borel

"Avropa İttifaqı (Aİ) 4 milyondan çox qaçqına sığınacaq verdiyi üçün Türkiyəyə yardım etməyə məcburdur".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell bildirib.

“Türkiyə ilə əlaqələrdə çox yaxşı bir dinamikaya malikik”, - ali təmsilçi bildirib.

J.Borrell bildirib ki, Türkiyə qaçqınlarla bağlı böyük məsuliyyəti üzərinə götürərək Avropa İttifaqı ilə bu istiqamətdə əldə edilən razılaşma sayəsində qanunsuz miqrasiyanın və çoxlu sayda insan itkisinin qarşısını alıb.

O, martın 22-də Avropa İttifaqının Xarici İşlər nazirlərinin toplantısında Türkiyə-Yunanıstan münasibətlərinin müzakirə ediləcəyini də bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 19-da Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının sədri Şarlz Mişellə videokonfrans formatında görüş keçirəcək.

Xatırladaq ki, Aİ-yə üzv ölkələrin liderlərinin Zirvə görüşü martın 25-26-da olacaq.

Son xəbərlər

Orphus sistemi