Ağır döyüşlərin getdiyi Vovçanskdan təxliyə - FOTOREPORTAJ

Ağır döyüşlərin getdiyi Vovçanskdan təxliyə - FOTOREPORTAJ Ukraynanın Xarkov vilayətinin Vovçansk rayonuna hücum edən Rusiya ordusu ilə ağır döyüşlər rayon mərkəzi və ətraf kəndlərdə vəziyyəti kritik həddə çatdırıb.
Region
18 May , 2024 12:27
Ağır döyüşlərin getdiyi Vovçanskdan təxliyə - FOTOREPORTAJ

Ukraynanın Xarkov vilayətinin Vovçansk rayonuna hücum edən Rusiya ordusu ilə ağır döyüşlər rayon mərkəzi və ətraf kəndlərində vəziyyəti kritik həddə çatdırıb.

"Report"un Şərqi Avropa bürosu Ukraynanın Rusiya ilə sərhədində yerləşən və hazırda şəhərə daxil olan Rusiya ordusu ilə ağır döyüşlərin getdiyi Vovçanskın 10 kilometrliyindəki nöqtədən sakinlərin təxliyəsində iştirak edib və fotoreportaj hazırlayıb.

Məlumata görə, bir günə cəmi 100 nəfəri çıxarmaq mümkün olub. Xilas olan şəhər sakini Lyubov İvanova "Report"a bildirib ki, vəziyyət çox ağırdır: "Bunu yaşamayan başa düşə bilməz. Dayanmadan bombalayırlar, 6 sutkadır yata bilmirik. Hər şeyimiz orada qaldı, güclə oradan çıxa bildik".

Son xəbərlər

Orphus sistemi