ABŞ və Türkiyə rəsmilər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

ABŞ və Türkiyə rəsmilər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal Vaşinqtona işgüzar səfər edib.
Region
16 Sentyabr , 2022 03:03
ABŞ və Türkiyə rəsmilər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal Vaşinqtona işgüzar səfər edib.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində S.Önal amerikalı həmkarı Vendi Şerman ilə görüşüb.

Daha sonra heyətlərarası Türkiyə-ABŞ Strateji Mexanizmləri üzrə məsləhətləşmələr keçirilib.

İclas zamanı, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsi üçün Türkiyənin vasitəçilik missiyasından, Yaxın Şərq və Afrikada mümkün əməkdaşlıq imkanlarından bəhs olunub.

Həmçinin, Cənubi Qafqazda sülhün təşviq edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, region üçün xüsusi əhəmiyyət kəsb edən Cənubi Qafqazda daimi sülhün bərqərar olunması üçün beynəlxalq hüquqa və ədalətlilik prinsipinə söykənən siyasət yürüdülməsinin vacib olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi