ABŞ və Rusiya nümayəndələri danışığa başlayanda bir-biri ilə əl sıxmayıblar

ABŞ və Rusiya nümayəndələri danışığa başlayanda bir-biri ilə əl sıxmayıblar ABŞ-la Rusiya arasında təhlükəsizliyin təminatı üzrə danışıq aparan nümayəndə heyəti görüş başlayarkən bir-birinin əlini sıxmayıb.
Region
308
10 Yanvar , 2022 14:15
ABŞ və Rusiya nümayəndələri danışığa başlayanda bir-biri ilə əl sıxmayıblar

ABŞ-la Rusiya arasında təhlükəsizliyin təminatı üzrə danışıq aparan nümayəndə heyəti görüş başlayarkən bir-birinin əlini sıxmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş bağlı qapı araxasında keçdiyindən onun detalları barədə bəzi məqamlar gec məlum olub.

Məlumata görə, dərc olunan protokol kadrlarına əsasən, Moskva və Vaşinqton təmsilçiləri bir-birinə qarşı iki müxtəlif masanın arxasına keçib. Bundan sonra Rusiya nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ nümayəndə heyətinin başçısı, dövlət katibinin birinci müavini Vendi Şerman dövlət bayraqlarına doğru gələrək foto çəkdiriblər.

Ryabkov və Şerman sosial məsafəni gözləyib. Onlar bir-biri ilə əl görüşməyib. Cenevrədə keçirilmiş əvvəlki görüşlərdə onlar zarafatla da olsa, protokol fotoşəkilləri üçün salamlaşmaq əlaməti olaraq dirsəklərini toxundurmuşdular.

Məlumata görə, hazırda görüşün ikinci saatı davam edir.

Son xəbərlər

Orphus sistemi