ABŞ səfirliyi İstanbuldakı Baş Konsulluğunun əməkdaşının tutulması ilə bağlı açıqlama yayıb

ABŞ səfirliyi İstanbuldakı Baş Konsulluğunun əməkdaşının tutulması ilə bağlı açıqlama yayıb Səfirlik: “Belə iddiaların irəli sürülməsi Türkiyə ilə uzun zamandan bəri davam edən əməkdaşlığımızı baltalayır”
Region
5 Oktyabr , 2017 14:34
ABŞ səfirliyi İstanbuldakı Baş Konsulluğunun əməkdaşının tutulması ilə bağlı açıqlama yayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Əməkdaşlarımızla bağlı əsassız iddiaların irəli sürülməsi Türkiyə ilə uzun zamandan bəri davam edən əməkdaşlığımızı baltalayır”.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfirliyi ölkənin Baş Konsulluğunun əməkdaşı ilə bağlı yaydığı açıqlamada bildirib.

“Biz iddiaların əsassız olduğuna inanırıq. Əməkdaşlarımızla bağlı əsassız iddiaların irəli sürülməsi Türkiyə ilə uzun zamandan bəri davam edən əməkdaşlığımızı baltalayır”, - səfirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub. Ona qarşı Türkiyə Konstitusiyasının pozulması, casusluq fəaliyyəti və hakimiyyətin devrilməsinə cəhd maddələri üzrə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi