ABŞ prezidentinin müşaviri ilə Rusiya xarici işlər naziri arasında danışıqlar başlayıb

ABŞ prezidentinin müşaviri ilə Rusiya xarici işlər naziri arasında danışıqlar başlayıb C.Bolton Moskvaya səfəri zamanı Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşü müzakirə edəcək
Region
27 İyun , 2018 14:45
ABŞ prezidentinin müşaviri ilə Rusiya xarici işlər naziri arasında danışıqlar başlayıb
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Moskvada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Moskvaya səfəri zamanı C.Bolton Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşü müzakirə edəcək. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin də ABŞ prezidentinin müşaviri ilə görüşəcəyi məlum olub.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü iyul ayının ortalarında Vyanada keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi