ABŞ Peskov daxil olmaqla 66 nəfəri "qara siyahı"ya salıb

ABŞ Peskov daxil olmaqla 66 nəfəri "qara siyahı"ya salıb ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.
Region
3 Mart , 2022 23:13
ABŞ Peskov daxil olmaqla 66 nəfəri qara siyahıya salıb

ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bununla yanaşı, 19 rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə qarşı da sanksiya tətbiq edilib.

Sanksiya siyahısında Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin, Rusiya baş nazirinin keçmiş birinci müavini, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalov, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov, "Soçi" klubunun prezidenti Boris Rotenberq, milyarder Alişir Usmanov, Rusiyanın maliyyə naziri Anton Siluanovun da adı var.

Peskov və Usmanov istisna olmaqla, siyahıdakı şəxslərin ən yaxın qohumları da sanksiyalara məruz qalıb.

A.Rotenberq həmçinin, Rusiya Hokkey Federasiyasının İdarə Heyətinin sədri və Kontinental Hokkey Liqasının (KHL) Direktorlar Şurasının üzvüdür.

Eyni zamanda dezinformasiya yayan yeddi Rusiya təşkilatına da qarşı sanksiya tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi