ABŞ institutu: "Ukrayna ordusu son 2 gündə Xersonda ciddi uğurlar əldə edib"

ABŞ institutu: "Ukrayna ordusu son 2 gündə Xersonda ciddi uğurlar əldə edib" “Ukrayna qüvvələri son 48 saat ərzində Lyman ətrafında və Xerson vilayətində əhəmiyyətli uğurlar əldə edib”.
Region
4 Oktyabr , 2022 09:38
ABŞ institutu: Ukrayna ordusu son 2 gündə Xersonda ciddi uğurlar əldə edib

“Ukrayna qüvvələri son 48 saat ərzində Liman şəhəri ətrafında və Xerson vilayətində əhəmiyyətli uğurlar əldə edib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin son hərbi uğursuzluqlardakı günahı öz boynundan atmağa çalışır: “Rusiyanın Qərb Hərbi Dairəsinin komandiri dəyişdirilib. Ukrayna qüvvələri son sutkada Xarkov-Luqansk vilayəti sərhədi yaxınlığında yeni uğurlar qazanıblar. Ukrayna ordusu Xerson vilayətinin şimal-qərbində və şimal-şərqində irəliləməyə davam edir”.

İnstitutdan qeyd olunub ki, Rusiya qüvvələri son sutkada da İran PUA-larından istifadə edib: “Vladimir Putin qismən səfərbərliyin düzgün yerinə yetirilməməsinə görə məsuliyyət daşıyan Rusiya bürokratik qurumlarına qarşı cəza tədbirləri tətbiq edir. O, səfərbərlik problemlərini həll etmək istəyir. Ümumiyyətlə, Rusiyadakı səfərbərlik sistemi ciddi bürokratik problemlərdən və məhdudiyyətlərdən əziyyət çəkir. Bu, Kremlin qoşunun sayını artırmaq səylərinə mane ola bilər”.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, qismən səfərbərlik Rusiya cəmiyyətində gərginliyi artırır.

Son xəbərlər

Orphus sistemi