​ABŞ-ın yeni səfiri Tbilisiyə gəlib

Region
  • 17 sentyabr, 2015
  • 06:39
​ABŞ-ın yeni səfiri Tbilisiyə gəlib

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Gürcüstanla ABŞ arasında ikitərəfli münasibətlərin dərinləşməsi, Gürcüstanın dəstəklənməsi üstünlük verəcəyimiz başlıca məsələlərdir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Gürcüstana təyin etidiyi yeni səfir Yan Kelli bildirib.

"Əlbəttə, Gürcüstanın NATO institutlarına inteqrasiyasına dəstək əsas prioritetlərimizdəndir ", - deyə, Yan Kelli vurğulayıb.

O, Tbilisiyə xanımı Françesko ilə birlikdə gedib. Diplomat eyib ki, ilk dəfə Gürcüstana 39 il öncə səfər edib və gürcücə bir söz bilir: "Qamarcoba"(salam -deməkdir).

Bununla belə səfir türk, italyan, rus, serb və xorvat dillərində sərbəst danışır.

Qeyd edək ki, Yan Kelli 2009-2010-cu illərdə ABŞ Dövlət Departamentinin təmsilçisi, 2010-2013-cü illərdə isə ABŞ-ın ATƏT-dəki səfiri vəzifələrində çalışıb.