ABŞ-ın hərbi rəsmisi: “Türkiyənin NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

ABŞ-ın hərbi rəsmisi: “Türkiyənin NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq” Heydi Qrant: “Türkiyənin “F-35” tipli bombardmançı qırıcıların 5-ci nəslini əldə etməsi və ondan istifadə imkanlarına qarşı tədbirlər görülə bilər”
Region
17 Noyabr , 2017 14:47
ABŞ-ın hərbi rəsmisi: “Türkiyənin NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

Bakı. 17 noyabr. REPORT.AZ/ “Türkiyə “S-400” zenit-raket kompleksini alarsa, onun NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri müşavirinin müavini Heydi Qrant Türkiyənin “S-400” zenit-raket kompleksi əldə etməsinə münasibət bildirərkən deyib.

“Türkiyə “S-400”ləri alarsa, NATO-nun texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq. Növbəti mərhələdə Türkiyənin “F-35” tipli bombardmançı qırıcıların 5-ci nəslini əldə etməsi və ondan istifadə imkanlarına qarşı tədbirlər görülə bilər”, - H.Qrant vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı müqavilənin imzalandığını bildirib. 

Son xəbərlər

Orphus sistemi