ABŞ gələn il Ukrayna və NATO-dakı müttəfiqlərinə 44,9 milyard dollar yardım ayıracaq

Region
  • 20 dekabr, 2022
  • 10:08
ABŞ gələn il Ukrayna və NATO-dakı müttəfiqlərinə 44,9 milyard dollar yardım ayıracaq

ABŞ Ukraynaya və NATO-dakı müttəfiqlərinə 44,9 milyard dollar təxirəsalınmaz yardım ayıracaq.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Məlumata görə, bu, Birləşmiş Ştatların 2023-cü il üzrə dövlət büdcəsi layihəsində əksini tapıb. ABŞ-ın gələn ilki büdcəsi 1,7 trln. dollar olacaq.

Büdcə layihəsi yaxın günlərdə Konrqesdə müzakirəyə çıxarılacaq.