ABŞ və Avropa Komissiyası Ermənistana humanitar yardım ayırıb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, Vaşinqtonun yardımı 11,5 milyon dollar məbləğindədir.
Avropa Komissiyası isə Ermənistana 5 milyon avro verəcək.
Bu yardımlar İrəvana Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni sakinlərin problemlərinin həlli üçün ayrılıb.