ABŞ-da tutulan rusiyalı siyasi fəal günahını etiraf edib

Region
  • 13 dekabr, 2018
  • 18:58
ABŞ-da tutulan rusiyalı siyasi fəal günahını etiraf edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Cari ilin iyulunda Vaşinqtonda yerli xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilərək tutulan rusiyalı siyasi fəal Mariya Butina ABŞ məhkəməsində Birləşmiş Ştatlara qarşı işbirliyinə girdiyini etiraf edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, istintaqla əməkdaşlıq ona maksimum cəzadan yayınmağa kömək edəcək.