“Çox sevinirik. Vətənimizə, yurdumuza qayıdırıq”.
“Report” xəbər verir ki, bu sözləri doğma yurduna qayıdan Laçın rayonunun Zabux kənd sakini Quliyeva Zərbab deyib.
Laçın sakini onlara yaradılan şəraitlə görə dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda əziyyət çəkən igidlərimizə təşəkkür edib, şəhidlərə rəhmət diləyib.
“Gələndə vəziyyətimiz çox pis idi. İndi isə çox gözəl əhval-ruhiyyə ilə torpağımıza qayıdırıq. Otuz ildən artıq müddətdir ki, öz torpaqlarımızdan uzaq düşmüşdük. Bu gün isə çoxdandır gözlədiyimiz xəyallarımız gerçəkləşir”.