Yulian Çifu: "Azad olunmuş ərazilərin bərpasında Rumıniya şirkətlərinin təcrübəsi önəmli ola bilər"

Yulian Çifu: "Azad olunmuş ərazilərin bərpasında Rumıniya şirkətlərinin təcrübəsi önəmli ola bilər" "Dinc qonşuluqdan mehriban qonşuluğa doğru irəliləmək mühüm məsələdir"
Qarabağ
20 Aprel , 2021 18:39
Yulian Çifu: Azad olunmuş ərazilərin bərpasında Rumıniya şirkətlərinin təcrübəsi önəmli ola bilər

“Məncə, minalardan təmizləmə işlərində Rumıniyanın yardımı alqışla qarşılanar. Görünür, azad olunmuş torpaqların minalardan təmizlənməsi başlıca məsələdir, çünki infrastrukturun qurulması, mülki tikinti işləri üçün ilkin şərtdir”.

Bu barədə “Report”a Rumıniyanın Münaqişələri Qabaqlama və Erkən Xəbərdarlıq Mərkəzinin təsisçisi və prezidenti Yulian Çifu (İulian Chifu) bildirib.

“Rumıniya şirkətləri infrastruktur qurmaqda, yol və bina tikintisində, su təchizatında, “ağıllı şəhər”lərdə “yaşıl enerji” təchizatında nə qədər səmərəli fəaliyyət göstərdiklərini isbatlayıblar. Bundan əlavə, sosial yenidənqurma, sosial həmrəylik kimi məsələlərdə də həm rumın kimi, həm də Aİ ölkəsinin nümayəndələri kimi kömək ola bilərik”, – deyən mərkəz rəhbəri qeyd edib.

“Dinc qonşuluqdan mehriban qonşuluğa doğru irəliləmək mühüm məsələdir. Bu məsələdə də kömək edə bilərik. Bütövlükdə barışıq, etimadın gücləndirilməsi, sosial mühəndislik kimi ünsürlər münaqişədən sonra hərtərəfli bərpa fəaliyyətini təşkil edir”, - Y.Çifu əlavə edib.

Son xəbərlər

Orphus sistemi